Kiyev mayın 29-nə keçən gecə kamikadze dronların və qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı teleqram səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, mayın 29-na keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 40-a qədər qanadlı raket və 35-ə yaxın pilotsuz uçuş aparatı atıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 37 raket, 29 hücum təyyarəsi və bir kəşfiyyat aparatını məhv edib.
“Bu gecə rus işğalçıları qanadlı raketlər və pilotsuz hücum təyyarələri ilə Ukraynanın hərbi obyektlərinə və mühüm infrastrukturuna hücum ediblər”, - V.Zalujnı bildirib.
Həmçinin qeyd olunub ki, Rusiya ordusu Xəzər dənizi regionundan havadan buraxılan 40-a qədər “X-101/X-555” qanadlı raketi atıblar.
Kiyevə kütləvi raket və dron hücumu olub
29
may
11:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat