Çay dünyanın ən məşhur içkilərindən biridir, lakin onun orqanizmə necə təsir etdiyini hamı bilmir. Qara çay bədənin bir çox funksiyalarına müsbət təsir göstərir və hətta bir sıra xəstəliklərin qarşısının alınmasına köməklik edir.
Xarici KİV xəbər verir ki, alimlər müəyyən ediblər ki, qara çay beyin üçün faydalıdır. Müntəzəm istehlak edildikdə beyin funksiyasının yaşa bağlı pisləşməsinə qarşı qoruyucu təsir göstərir.
Tədqiqatlar çay içən insanların çay içməyənlərə nisbətən daha yaxşı zəkalı funksiyalara sahib olduğunu da təsdiqləyib. Bir çox insan çayı stimullaşdırıcı təsirinə görə sevir. Tərkibindəki kofein sayəsində insanların oyanmasına kömək edir. Həmçinin, çay gün ərzində mükəmməl gümrahlıq verir.
Çay iştahı azaltmağa kömək edir. Həkim Mike Golpa deyir ki, gündə bir-iki fincan qara çay ağız yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir. Tafts Universitetinin antioksidant tədqiqatçısı Diane MkKaya görə, əgər siz artıq streptokok xəstəliyindən əziyyət çəkirsinizsə, qara çay boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Qara çay, yaşıl çay soyuqdəymə və virus infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edən antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Gündəlik qara çay içmək diabet xəstələrinin vəziyyətini idarə etməyə kömək edir. Alimlər də qara çayın diş çürüməsi ilə mübarizə apardığını qəbul edirlər. Bundan əlavə, çayın tərkibində diş minasını təbii şəkildə gücləndirməyə kömək edən tannik turşuları var.
Qara çay sizi bir çox xəstəlikdən QORUYUR
29
may
12:18

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər