Çinin Futszyan əyalətinin Syamen şəhərində bir kişi bloggerə hücum edərək onun əlini qılıncla kəsib.
Xarici media bildirir ki, hadisə canlı yayım zamanı baş verib.
Streamer adlı blogger canlı yayımda dostu ilə söhbət edərkən birdən kadrda qılınclı bir adam peyda olub. Aqressiv olan həmin şəxs münaqişə zamanı bloggerin əlini kəsib. Zərbə videoya düşüb, daha sonra görüntülər sosial şəbəkələrdə yayılıb. Hücum zamanı canlını 99 nəfər izləyib.
Bloggerə yaxın olan digər şəxslər isə hücum zamanı qaçaraq gizlənməyə çalışıblar.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Məlum olub ki, Luo adlı şübhəli daha əvvəl Douyin proqramında (TikTok-un Çin ekvivalenti) Straymer və onun dostu ilə mübahisə edib. Hücumun səbəbi bu olub.
Blogger və dostu xəstəxanaya yerləşdirilib. Hər ikisi də arxadan vurulub.
Hücumdan bir neçə saat sonra polis cinayətkarı həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.
Canlı yayımda bloggerin əlini qılıncla kəsdi
29
may
14:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat