Məşhur sima həmkarın sosial şəbəkə hesabında bu münasibətlə təbrik ünvanlayıb. Bundan başqa, Karadağlı sənətçini tənqid də edib:
“Merve Dizdarı aldığı mükafata görə səmimi qəlbdən təbrik edirəm. Çox böyük bir uğurdur. Həm həmkarı olaraq, həm də Türkiyə vətəndaşı kimi inanılmaz dərəcədə qürur duydum. Sinəm qabardı. Amma.... Tribunadakı çıxışına bunları aid etməyəcəyəm. Onun sözləri Fransanın illərdir işğal altında saxladığı cəzayirli qızlara aiddirmi? (Çünki mükafatı Fransada alır). Ya da dedikləri uşaqları dağa qaçırılmış diyarbəkirli analar üçün keçərlidirmi?

Qeyd edək ki, Merve Dizdar “Kann” səhnəsində çıxışı zamanı mükafatı Türkiyədə layiq olduğu gözəl günləri yaşamağı gözləyən, bütün mübarizə aparan bacılarına ərməğan etdiyini deyib.


