Rusiya Almaniyanın dörd Rusiya konsulluğunu bağlamaq qərarının cavabsız qalmayacağını bildirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Açıqlamada Almaniya rəhbərliyinin ölkədəki dörd Rusiya baş konsulluğunun bağlanmasına dair qərarı xatırladılıb. Bu qərarın “qeyri-dost” addım olduğu və ikitərəfli münasibətləri pozmaq məqsədi daşıdığı vurğulanıb.
“Almaniya rəhbərliyini bir daha dayanmağa çağırırıq. Düşmənçilik siyasəti nümayiş etdirən Almaniya ikitərəfli münasibətlərin pisləşməsinə görə məsuliyyət daşıdığını başa düşməlidir. Berlinin açıq-aşkar təxribat xarakterli bu hərəkətləri cəzasız qalmayacaq”, - deyə qeyd edilib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqer isə verdiyi açıqlamada Rusiyadakı diplomatik varlıqlarını minimum səviyyədə saxlamağı hədəflədiklərini bildirib. O, noyabrın sonuna qədər üç alman konsulluğunun bağlanacağını vurğulayıb və bu səbəbdən də Almaniyada fəaliyyət göstərən Rusiya baş konsulluqlarından 4-nün fəaliyyətinin dayandırılmasına qərar verdiklərini nəzərə çatdırıb.
Mənbə: Haber Global
Rusiya Almaniyanı hədələdi: “Konsulluqlarımızı bağlamağınız cavabsız qalmayacaq”
01
iyun
16:33

Qarabağ
KOMMENTLƏR
Almaniya Rusiyadan tələb etdi: “Ölkədəki dörd baş konsulluğun işini dərhal dayandırın”
Rusiya Almaniya səfirliyinin 100-dən çox əməkdaşını ölkədən qovub
"Rusiya ilə normal münasibət ola bilməz" - Almaniya XİN
Rusiyanın Litvadakı baş konsulluğu bağlandı
Almaniya Qazaxıstandakı baş konsulluğunun işini dayandırdı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat