"Fox Tv"də yayımlanan “Gülcemal” serialı da ekranlara vida etməyə hazırlaşır.
Türkiyə mətbuatı xəbərinə görə, baş rollarında Murat Ünalımış və Melis Sezenin rol aldığı serial reytinqlərdə ön sıralara çıxa bilmədiyinə görə yayımı dayandırılacaq.
Filmin rejissoru Yusif Pirhasan “Gülcemal”ın çəkilişlərinin 10-cu bölümdə başa çatacağını bildirib.
Qeyd edək ki, bu həftə “Yasak elma” və “ Camdakı kız” seriallarının da final bölümləri yayımlanacaq.скачать dle 12.1