Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal edirlər.
Xarici KİV bildirir ki, OPPO və vivo kimi brendlərin portfoliolarında artıq həm adi qatlana bilən (Galaxy Z Fold-a bənzər) həm də qatlana bilən qapaqlı (Galaxy Z Flip-ə bənzər) smartfonlar mövcuddur. Lakin ilk qatlana bilən smartfonlardan birini təqdim etmiş Xiaomi şirkətinin portfoliosunda hələ ki, Flip form-faktoruna sahib smartfon mövcud deyil.
Qatlana bilən smartfonlar bazarındakı vəziyyət onu göstərdi ki, alıcılar daha çox məhz Flip form-faktoruna sahib smartfonlara üstünlük verirlər. Görünür, Xiaomi də artıq bu form-faktora sahib smartfonların nə dərəcədə məşhur olduqlarını inkar etmir. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi Flip form-faktoruna sahib fərdi smartfonu üzərində işlərə artıq start verib. İnsayderin sözlərinə əsasən Xiaomi-nin qatlana bilən qapaqlı smartfonunun əsas üstünlükləri arasında maksimal dərəcədə yüngül çəki və nazik gövdə olacaq. Smartfonun 2024-cü ildən tez təqdim olunacağı gözlənilmir. Onun nəticədə Mix Flip adlanacağı istisna deyil.
Xiaominin qatlana bilən qapaqlı telefonu - YENİLİK
07
iyun
11:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam