Krım körpüsündə hərəkət antiterror təlimləri səbəbindən bağlanıb.
TASS xəbər verir ki, bu barədə Krımın nəqliyyat naziri Nikolay Lukaşenko məlumat verib. 
“Krım körpüsündə antiterror təlimləri keçirilir”, - Lukaşenko bildirib.
Qeyd edək ki, mayın 19-da Rusiya baş nazirinin müavini Marat Xusnullin təhlükəsizlik baxımından Krım körpüsü ilə yük maşınlarının, o cümlədən boş maşınların hərəkətinə hələlik icazə verilməyəcəyini bildirib.скачать dle 12.1