Ankara mərkəzli 8 vilayətdə Fətullahçı Terror Təşkilatının (FETÖ) "ədalət təşkilatı"na qarşı başladılan əməliyyatda 27 şübhəli saxlanılıb.
Bu  barədə  Ankara İl Təhlükəsizlik Müdirliyi açıqlama yayıb. 
Bildirilir ki, aparılan istintaq çərçivəsində 6-sı növbətçi, 20-si özəl sektor işçisi və 1-i də  istefada olan 27 şübhəli tutulub. Şübhəlilər barəsində cinayət işi açılıb.скачать dle 12.1