İstanbulun mərkəzində Rusiyadan gələn turistlə vəhşicəsinə davranılıb. 
Bu barədə Türkiyənin “Habertürk” telekanalı məlumat yayıb.
Hadisə Taksim meydanı yaxınlığında baş verib. Dörd naməlum şəxsin rusiyalı turist Vyaçeslav Neçiporuka hücum edərək telefonunu ondan almağa çalışdığı bildirilir. Rusiyalı qarşıdurmaya girib və ürəyindən bıçaqlanıb.
O, xəstəxanaya çatdırılsa da, türkiyəli həkimlər onu xilas edə bilməyiblər.
Polis araşdırmaya başlayıb. Hücum edənlərin milliyyəti barədə məlumat yoxdur.скачать dle 12.1