İyunun sonunda İspaniyanı həddindən artıq isti hava gözləyir - Avropa ölkəsində hava 45 dərəcə Selsiyə qədər istiləşəcək. 
Xarici medianın xəbərinə görə, bu proqnozu “Bloomberg“ agentliyi yayıb.
Birinci yay ayının sonuna qədər yüksək temperatur Pireney yarımadasını əhatə etməlidir. Belə ki, İspaniyanın Sevilya əyalətində hava demək olar ki, 45 dərəcəyə qədər istiləşəcək. Eyni zamanda, yaxın günlərdə Berlində 34 dərəcəyə, Londonda isə 27 dərəcəyə qədər isti olacaq.
Belə hava şəraitinin nəticələrinə mümkün quraqlıq daxildir ki, bu da hidroenergetikaya əlavə təzyiq göstərəcək. Bundan əlavə, xüsusilə İspaniya və Portuqaliyada kondisionerə ehtiyac artacaq.скачать dle 12.1