“Infinix Note 30” smartfonu ƏS-ə inteqrasiya olunmuş ChatGPT istehsal edəcək.
Çinli smartfon istehsalçısı Infinix əməliyyat sistemi ilə inteqrasiya olunmuş “ChatGPT” chatbotlu cihaz buraxacaq.
Bu barədə öz Twitter hesabında "Ice Universe" ləqəbi ilə tanınmış insayder bildirib.
Mütəxəssisin sözlərinə görə, “Infinix Note 30” smartfonu məşhur chat botu ilə inteqrasiyaya malik olacaq. Gözlənilir ki, ChatGPT qurğuda quraşdırılmış səs köməkçisini əvəz edəcək. Göründüyü kimi, istifadəçi chatbotaa səsli və ya mətnlə sorğu göndərə biləcək.
"Ice Universe", Infinix-in populyar generativ model ilə inteqrasiyanı hansı səviyyədə təşkil edəcəyini hələ bilmədiklərini vurğulayıb. PhoneArena jurnalistlərinin fikrincə, ChatGPT inteqrasiyasına malik smartfon mobil qurğular bazarında “oyun qaydalarını” dəyişdirə biləcək.
Mütəxəssis onu da bildirib ki, Infinix-in yeni qurğusu FHD+ təsvir ölçülü 6,78 düymlük ekran və 120 herts dəstəkli olacaq. Qurğunun 108 meqapiksellik obyektivli kamerası, JBL səs sistemi, sürətli enerji dolduran 5000 milliamper-saatlıq batareyası olacaq. Infinix Note 30 iyunun 14-də elan ediləcək.
Daxili “ChatGPT” ilə təchiz edilmiş ilk smartfon istehsal olundu
14
iyun
14:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat