Kabineti tərk edən Türkiyənin keçmiş nazirləri əvvəlki yerlərinə uyğun gələn sahələr üzrə Türkiyə Böyük Millət Məclisi komissiyalarında rəhbər vəzifələrə yiyələniblər.
Türkiyə parlamentində keçirilən səsvermə nəticəsində Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri millət vəkili, keçmiş müdafiə naziri Hulusi Akar Milli Müdafiə Komissiyasının sədri, keçmiş daxili işlər naziri, partiyanın İstanbuldan olan hazırkı deputatı Süleyman Soylu isə Daxili İşlər Komissiyasının sədri seçilib.
Trabzonda hakim partiyanın millət vəkili olan keçmiş nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bundan sonra TBMM-in İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komissiyasının sədri vəzifəsini icra edəcək.
Ankara millət vəkili, keçmiş əmək və sosial müdafiə naziri Vedat Bilgin Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının rəhbəri seçilib.
Keçmiş ticarət naziri, Samsundan seçilmiş millət vəkili Mehmet Muş Plan və Büdcə Komitəsinin sədri vəzifəsinə təsdiqlənib.
Keçmiş kənd və meşə təsərrüfati naziri, Kahramanmaraş millət vəkili Vahit Kirişçi Kənd və Meşəçilik Təsərrüfatı Komissiyasının sədri olub.
Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasına keçmiş sənaye və texnologiya naziri Mustafa Varank, Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının rəhbəri isə keçmiş təhsil naziri Mahmud Özer seçilib.
Keçmiş ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri, İstanbuldan millət vəkili seçilmiş Murat Kurum Ətraf Mühit Komissiyasının sədri olub.
Xarici əlaqələr komitəsinin rəhbəri postuna isə sabiq vitse-prezident Fuat Oktay təsdiq edilib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçildikdən sonra 17 nazirdən 15-ni, həmçinin vitse-prezident və Mərkəzi Bankın rəhbərini dəyişib.
Mənbə: Hürriyet
Türkiyənin keçmiş nazirləri parlament komissiyalarının rəhbərləri seçildilər
16
iyun
10:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat