Rusiya Federasiyasının Kursk vilayətində güclü partlayış baş verib.
Xarici KİV xəbər verir ki, dron hücumu nəticəsində tekstil fabrikində yanğın başlayıb. 
Məlumata görə, zərbə PUA-sı rabitə qülləsini dağıtmağa çalışıb. Qüllə vurulduqdan sonra müəssisənin inzibati binasının üzərinə düşüb. 
Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında yanğının anbara keçdiyi bildirilib. 
Sahəsi 2000 kvadratmetr olan yanğının söndürülməsinə 40-dan çox canlı qüvvə və 10 texnika cəlb olunub. 
скачать dle 12.1