Hindistan sakini qısa fasilələrlə dalbadal 127 saat rəqs edərək dünya rekordu qırıb.
Xarici media məlumatına görə, 16 yaşlı Sruşti Sudhir Caqtap mayın 29-da səhər saatlarında məktəbin sinif otaqlarından birində rəqs etməyə başlayıb və iyunun 3-ü günorta saatlarına qədər musiqi sədaları altında hərəkətini davam etdirib. Ümumilikdə rekordçu 127 saat rəqs edib.
Hindistanlı qadın hind klassik rəqsinin növlərindən biri olan kathak ifa edib. Hər saat qıza beş dəqiqə fasiləyə icazə verilib. Bu fasilələri o, daha uzun fasilələr üçün toplayıb və fasilələri əsasən gecələr keçirib.
"Mənim məqsədim Hindistan mədəniyyətimizi təbliğ etməkdir", - o, Ginnesin Rekordlar Kitabının nümayəndələrinə deyib.
Əvvəlki rekord 126 saat olub və 2018-ci ildə nepallı rəqqasə Bandana Nepal müəyyən edib. Caqtap bunu bir saat ötüb.
127 saat rəqs etdi və rekord qırdı
20
iyun
11:34

Qarabağ
KOMMENTLƏR
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı