Daha iki pilotsuz təyyarə Moskva vilayətinin Naro-Fominsk rayonunun Kalininets kəndi yaxınlığında vurulub. 
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.   
Bildirilir ki, kənd sakinləri səhər saat 5:30 radələrində beş dəqiqəlik fərqlə iki partlayış səsi eşidib. Hazırda təcili yardım xidmətləri hadisə yerinə gəlib. PUA-ların düşdüyü ərazi mühasirəyə alınıb.
 скачать dle 12.1