Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.
Bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli öz "Facebook" hesabında məlumat yayıb. 
Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:
“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.
Qeyd edək ki, Yusif Həsənov bir müddət əvvəl itkin kimi axtarılırdı.



скачать dle 12.1