Aktrisa Ayşe Tolqa ilə iş adamı Marsel Eskinazi 2013-cü ildə boşanıblar.
Xarici mətbuat xəbər verir ki, Ayşe Tolqa bir müddət əvvəl alimenti 60% artıraraq 175 min lirəyə qaldırmaq üçün məhkəməyə müraciət edib.
Aktrisa ərizəsində alimentin verilməsindən 10 il keçdiyini, övladının böyüdüyünü və təbii olaraq ehtiyaclarının artdığını bildirib.
O, keçmiş həyat yoldaşının son zamanlar ona qarşı düşmənçilik hissləri və davranışları olduğunu da bildirib.
İddiaları təkzib edən Marsel Eskinazi qarşı iddia qaldırıb. Marsel Eskinazinin vəkili Ayşe Tolqanın Marseli uşağının atası kimi yox, bankomat kimi gördüyünü deyib:
“Marsel uşağının bütün ehtiyaclarını ödəyir. Biz işin dayandırılmasını istəyirik”.скачать dle 12.1