"Vaqner" rəhbəri Yevgeni Priqojinə qarşı silahlı qiyam təşkil etməsi ilə bağlı açılan cinayət işinə xitam verilməyib.
Bu barədə RİA Novosti Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.
“Priqojinə qarşı cinayət işinə xitam verilməyib”, - deyən mənbə digər təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu "Vaqner" Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. İyunun 24-də Rostovdan Rusiya sərhədini keçən Priqojin və ordusu Voronej və Lipetsk vilayətinə daxil olaraq Moskvadan 200 km məsafəyə qədər irəliləyib. Səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Priqojinin hərəkətini satqınlıq və xəyanət, baş verənləri hərbi qiyam adlandırıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskva istiqamətində yürüşü dayandırıb. O, bunu qan tökülməməsi üçün etdiyini və "Vaqner"in Ukrayna cəbhəsində dislokasiya olunan yerlərinə qayıtdığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, "Vaqner" üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.
Priqojinə qarşı cinayət işinə xitam verilməyib
26
iyun
12:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat