"Vaqner" PMC-nin qiyamı Rusiyada və bütün dünyada təşvişə səbəb oldu. "Vaqner"in qüvvələri paytaxt Moskvaya doğru irəlilədikcə üsyan Belarusun müdaxiləsi ilə 24 saat sonra razılaşma ilə dayandırıldı. Razılaşmaya əsasən, "Vaqner"in lideri Priqojin Belarusa getməli idi.
Xarici KİV xəbər verir ki, "Vaqner"in mətbuat xidməti şənbə günündən bəri liderləri ilə əlaqə saxlamadıqlarını açıqlayıb.
"Şənbə günü axşamdan bəri Yevgeni Priqojin ilə əlaqə saxlaya bilməmişik. Onun harada olduğunda xəbərsizik", - məlumatda qeyd olunub.
Bu açıqlamadan sonra Rusiya lideri Putinin “Xəyanəti heç vaxt unutmayacağam” sözləri yenidən gündəmə gəlib.
Digər tərəfdən, təqaüddə olan amerikalı general Devid Petreus da "Vaqner"in lideri Yevgeni Priqojini Belarusdakı yeni evində diqqətli olması barədə xəbərdarlıq edib:
"O, Belarusdakı yeni evində açıq pəncərələrin yanında diqqətli olmalıdır. O, müqavilə ilə həyatını xilas etdi, lakin "Vaqner" qrupunu itirdi".
"Vaqner"in lideri YOXA ÇIXIB
26
iyun
16:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat