Rusiyanın Vladivostok vilayətində dəhşətli cinayət baş verib. Belə ki, kişi alov qurğusu ilə qonşusunu yandırıb, eləcə də bir qadının boynunu harpunla deşib.
Baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, hadisə Trudovoy kəndində baş verib. Ərazidə elektrik enerjisinin oğurlanması faktının müəyyənləşdirilməsi istiqamətində iş aparılıb - ekskavator elektrik kabelini qazıb çıxarırmış.
Bu, yaxınlıqdakı evlərin sakinlərindən birini qəzəbləndirib və o, əldəqayırma alovlu qurğu ilə hədələməyə başlayıb. Qonşu silahı həmin adamın əlindən almaq istəyəndə isə onu yandırıb. Təcili yardım maşını hadisə yerinə gedərkən kişi harpunla başqa bir qadına xəsarət yetirə bilib.
Zərərçəkənin bədəninin 60%-nin geniş yanıq xəsarətləri var, qadın əməliyyat olunub.
Hadisə ilə bağlı “öldürməyə cəhd” maddəsilə cinayət işi açılıb. İşin gedişi və istintaqının nəticələri prokurorluq tərəfindən nəzarətə götürülüb.
Mənbə: İzvestiya
Rusiyada kişi qonşusunu yandırdı, qadının boğazını deşdi
26
iyun
18:55

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər