Şahzadə Diananın illərdir itmiş hesab olunan sviteri hərraca çıxarılacaq. Bu barədə “Daily Express” xəbər verib. 
Uels şahzadəsi Diananın geyindiyi sviterin hərracda 70 min funt-sterlinqə satışa çıxarılacağı gözlənilir.
Söhbət şahzadə Diananın ilk dəfə 1981-ci ildə polo matçında geyindiyi məşhur qırmızı yun sviterdən gedir. Geyimin üzərində onlarla ağ və bir qara qoyun təsvir olunub.


скачать dle 12.1