Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Yerli media bildirir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində baş verib. Bir müddətdir şəhər sakini 32 yaşlı Hasan Ceylandan xəbər ala bilməyən iş yoldaşları polisə müraciət ediblər.
Polis əməkdaşlarının onun evinə baxışı zamanı çilingərin köməyilə qapı açılıb və mənzildən Hasan Ceylanla sevgilisi 34 yaşlı Gözde Vuralın meyitləri aşkar edilib. Araşdırmalar məlum olub ki, Hasan əvvəlcə sevgilisini tapança ilə atəş açaraq öldürüb. Sonra həmin silahla öz başına atəş açaraq, intihar edib.
Hadisənin səbəbi hələlik bilinmir. Araşdırma aparılır.






скачать dle 12.1