Tambov vilayətində dörd yaşlı faciəli şəkildə ölüb.
Rusiya mediası xəbər verir ki, uşağın anasından ayrı yaşayan 35 yaşlı atası oğlunu bir neçə günlük yanına aparıb. Kişi spirtli içki içdikdən sonra yuxuya gedib. Lakin oyananda oğlunu tapmayıb. Bildirilir ki, ata sonradan qarderobun aşdığını görüb. Onu qaldırıb və oğlunu huşsuz vəziyyətdə tapıb.
Uşağın atası təcili yardım çağırsa da, gələn həkimlər onun artıq öldüyünü bildiriblər.
Məlumata əsasən, kişi saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Ehtiyatsızlıqdan ölümə səbəb olma”) ilə cinayət işi başlanıb. Onu iki ilədək həbs cəzası gözləyir.


скачать dle 12.1