Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. 
BELTA xəbər verir ki, bunu Belarus lideri yüksək rütbəli zabitlərlə görüşündə deyib. 
Lukaşenko Priqojinlə danışıqların təfərrüatlarını açıqlayıb: "Dünən söz verildiyi kimi təhlükəsizlik zəmanəti verildi. Bəli, doğrudan da, o, bu gün Belarusdadır".
O, Belarus müdafiə naziri Viktor Xreninin sözləri ilə razılaşaraq "Vaqner"in Belarus ordusunda olmasını müsbət qarşılayıb: "Orduda belə bir bölmənin olmasına etiraz etməzdim".скачать dle 12.1