Ötən həftə Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edərək, respublikanın bütün tarixi ərzində rekord müəyyənləşdirib. Türkiyənin maliyyə naziri Mehmet Şimşək çərşənbə axşamı bildirib ki, ölkənin səlahiyyətli orqanları valyuta ehtiyatlarının artırılması üzrə işləri sürətləndirəcək.
“Türkiyə Mərkəzi Bankının analitik məlumatlarına görə, xalis valyuta ehtiyatları keçən həftə 8,5 milyard dollar artaraq tarixin ən böyük həftəlik artımını göstərib. Rasional iqtisadi siyasətə dönüş mərhələli şəkildə davam edəcək. Biz bu istiqamətdə işləri sürətləndiririk”, - nazir “Twitter”də yazıb.
Qeyd edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı 2021-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini demək olar ki, iki dəfə artıraraq 8,5%-dən 15%-ə çatdırıb.
Türkiyənin valyuta ehtiyatları rekord həddə artıb
28
iyun
09:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat