ABŞ “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olan və muzdluların qeyri-qanuni maliyyələşdirilməsi əməliyyatlarında ittiham edilən şirkətləri sanksiyalar siyahısına daxil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Afrika Respublikası, eləcə də “Vaqner” qrupu və onun lideri Yevgeni Priqojinlə əlaqələrdə ittiham etdiyi dörd Rusiya şirkətə qarşı sanksiyalar tətbiq edib.
Məlumata görə, şirkətlər Ukraynada, Afrikanın bəzi ölkələrində silahlı qüvvələri dəstəkləmək və genişləndirmək məqsədilə döyüşçüləri maliyyələşdirmək üçün qeyri-qanuni mədənçıxarma əməliyyatları ilə məşğul olub.
“Vaqner” qrupu öz qəddar əməliyyatlarını qismən Mərkəzi Afrika Respublikası, Mali kimi ölkələrdə təbii sərvətlərdən istifadə etməklə maliyyələşdirir”, - deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib.
Yeni sanksiyalar siyahısına Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Midas Resources SARLU” və “Diamville SAU”, Dubayda “Industrial Resources General Trading” və Rusiyadakı “DM” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.
ABŞ Maliyyə Nazirliyi tərəfindən “Vaqner” qruplaşması ilə əlaqələndirilən Rusiya vətəndaşı Andrey İvanova qarşı da sanksiyalar tətbiq olunub. Məlumata görə, o, “Vaqner” qrupunun silah sövdələşmələri, mədənçıxarma və digər fəaliyyətləri ilə bağlı Malidə yüksək vəzifəli məmurlarla sıx əməkdaşlıq edib.
Xatırladaq ki, “Vaqner” Liviyada, Suriyada, Mərkəzi Afrika Respublikasında, Malidə və digər ölkələrdə döyüşüb, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin ən qanlı döyüşlərində iştirak edib. Qrup 2014-cü ildə, Rusiyanın Ukraynaya məxsus Krımı ilhaq etməsindən və Donbasda müharibəyə başlamasından sonra yaradılıb.
Mənbə: “Reuters”
ABŞ Priqojini maliyyələşdirən şirkətləri “qara siyahı”ya saldı
28
iyun
10:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat