Birləşmiş Ştatlar administrasiyası çərşənbə axşamı Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırdığını açıqlayıb.
Paketə, xüsusilə “Patriot” hava hücumundan müdafiə raketləri və “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemləri daxildir.
Bu barədə Pentaqonun yazılı açıqlamasında deyilir.
Qeyd olunur ki, Kiyevə “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları da göndəriləcək.
Mənbə: TASSскачать dle 12.1