Müharibə başlayandan bəri Rusiya hərbçiləri Ukraynanın işğal olunmuş ərazilərində həbsdə olan 70-dən çox ukraynalıya qarşı məhkəməsiz edamlar həyata keçirib.
Xarici media bildirir ki, BMT-nin hesabatına görə, araşdırma 2022-ci il fevralın 24-dən 2023-cü ilmayın 23-nə qədər olan dövrü əhatə edir. BMT-nin Ukraynadakı İnsan Haqları Missiyasının rəhbəri Matilda Boqner deyib: “Biz Rusiya Federasiyası tərəfindən özbaşına saxlanılan ümumilikdə 77 mülki şəxsin edamını sənədləşdirmişik”.
Söhbət 72 kişi və beş qadından gedir. Ən azı daha bir məhbus “işgəncə, qeyri-insani saxlama şəraiti və ya lazımi tibbi yardımdan imtina nəticəsində” dünyasını dəyişib.
Bundan əlavə, bu müddət ərzində BMT missiyası 800-dən çox ukraynalının özbaşına saxlanmasını təsdiqləyə bilib. “Rusiya Federasiyası tərəfindən 864 fərdi həbs (763 kişi, 94 qadın və 7 oğlan) baş verib... onların bir çoxu zorla yoxa çıxma ilə eyniləşdirilib”, - hesabatda əlavə olunur ki, hesabat zamanı çoxlu ukraynalı “filtrasiya” zamanı saxlanılıb.
Hesabatda deyilir ki, ruslar tərəfindən tutulan 864 ukraynalıdan BMT 178 hadisəni sənədləşdirə bilib, bunların 90 faizidən çoxu işgəncələrə məruz qalıb.
Müharibə zamanı ruslar 77 ukraynalını edam edib - RƏSMİ
28
iyun
11:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat