Rusiya Silahlı Qüvvələri Ukraynanın Kramatorsk şəhərinə raket zərbələri endirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Kramatorskda zərbələr nəticəsində dağılmış binanın qalıqları altından insanların axtarışını davam etdirir.
Artıq on nəfərin öldüyü məlum olub.
Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin sosial şəbəkələrdə yaydığı məlumatda bildirilib.
Rusiya hərbçilərinin atəşi nəticəsində həlak olanlar arasında 3 uşaq da (2008 və 2011-ci il təvəllüdlü) var. Həmçinin yaralılar arasında 2022-ci il təvəllüdlü körpənin olduğu da məlum olub.
“Üç nəfər xilas edilib”, - deyə Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.
Baş prokuror Andrey Kostinin sözlərinə görə, zərbələr zamanı 61 nəfər xəsarət alıb. O qeyd edib ki, kafeyə “İsgəndər” raketi düşüb.
“İki “İsgəndər” raketi ilə atəş hücumu axşam saatlarında, insanların işdən sonra evə qayıtdıqları zaman həyata keçirilib. Rusiya Federasiyasının cinayətkar rejimi dinc ukraynalılara qarşı terror taktikasını davam etdirir. Biz cinayət əmrləri verən və onları yerinə yetirən hər kəsi tapacağıq. Onlar cəzalandırlması qaçılmazdır”, - deyə baş prokuror vurğulayıb.
Mənbə: Focus.ua
Rusiya Ukrayna şəhərini "İsgəndər"lə vurdu: Ölənlər və yaralananlar var
28
iyun
15:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat