Həkimlər ən faydalı meyvə şirələrinin adını çəkiblər. Onlar müntəzəm içildikdə immunitet sistemini gücləndirməyə və bir sıra sağlamlıq problemlərindən qaçmağa kömək edirlər.
Xarici KİV xəbər verir ki, dietoloqlar çox vaxt meyvə şirələrini tez-tez içməyi məsləhət görmürlər.
Buna səbəb isə onların tərkibində çoxlu şəkər və sağlamlığa mənfi təsir göstərə bilən məhsulların olmasıdır. Ancaq təbii portağal suyu istisnadır.
Bu içkidən müntəzəm istifadə edənlərdə insult riski əhəmiyyətli dərəcədə azalır. Tədqiqatlar göstərir ki, portağal suyu içmək işemik insult riskini kişilərdə 22, qadınlarda isə 19 faiz azaldır.
Dietoloq Lauren Manaker bunun orqanizmdə iltihabı azaldığını deyib. "The American Journal of Clinical Nutrition"da dərc edilən bir araşdırma, 12 həftə ərzində 500 ml portağal suyu qəbul edən, ürək-damar riski yüksək olan, obez olmayan yetkinlərdə eyni porsiya plasebo içkisini qəbul edənlərə nisbətən tədqiqatın sonunda daha az iltihabın olduğunu aşkar edib.
Eyni zamanda, çəki idarə etməyə kömək edir. Müntəzəm olaraq portağal suyu içən insanların piylənmə ehtimalı daha az ola bilər. Ekspertin fikrincə, əsas odur ki, içkiyə şəkər qatılmasın.
Bundan əlavə, portağal suyu içməyin böyrək daşlarının qarşısını almağa kömək etdiyi elmi şəkildə sübut edilib. Bununla belə, xolesterol səviyyəsini aşağı salmağa kömək edir.
İnsult və böyrək daşlarından qoruyan İÇKİ
29
iyun
18:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat