Yaponiya iyulun 4-də sunami nəticəsində məhv edilmiş Fukusima AES-dən təmizlənmiş radioaktiv suyu okeana axıtmaq planına görə BMT-nin nüvə nəzarəti orqanından razılıq alıb.
Xarici KİV xəbər verir ki, iki illik araşdırmadan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Yaponiyanın planlarının dünya təhlükəsizlik standartlarına cavab verdiyini bildirib. Həmçinin qeyd olunub ki, suyun okeana tökülməsi insanlara və ətraf mühitə cüzi radioloji təsir göstərəcək.
MAQATE rəhbəri Rafael Qrossi bildirib ki, o, davam edən qorxuları aradan qaldırmağa çalışacaq və suyun buraxılmasına nəzarət etmək üçün işçiləri Fukusima AES-ə göndərəcək.
Yaponiya hökuməti bu prosesin təhlükəsiz olduğunu iddia edir, çünki 500 olimpiya ölçülü hovuzu doldurmaq üçün kifayət qədər su dezinfeksiya edilib (1 olimpiya hovuzu təxminən 1,8-2,5 milyon litr su tuta bilər).
Yaponiya radioaktiv suyu okeana axıtmaq üçün icazə aldı
04
iyul
17:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat