Niderland şimal-qərb bölgəsində güclü fırtına baş verib.
 
Hollandiya Meteorologiya İnstitutunun (KNMI) verdiyi açıqlamaya görə, ölkənin şimal bölgələrində "qırmızı həyəcan" elan edilib, əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox hava və dəmir yolu əlaqəsi ləğv edilib.
NOS ictimai yayımında yer alan xəbərə görə, Haarlem şəhərində 51 yaşlı qadının avtomobilinin üzərinə ağac aşaraq həyatını itirib.
Schiphol Hava Limanının Twitter hesabından edilən açıqlamaya görə, güclü fırtına səbəbiylə saat 09.00-16.00 arasında bir çox uçuş həyata keçirilə bilməyib.
Niderland Dövlət Dəmir Yollarının (NS) Twitter-dəki paylaşımına görə, saat 08:30-dan etibarən ölkənin əksər hissəsində yerə qatar reysləri ləğv edilib.


скачать dle 12.1