Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev əsası Yevgeni Priqojin tərəfindən qoyulan "Vaqner" üsyanını xain hərəkət adlandırıb və bunun Rusiyanı vətəndaş qarşıdurması həddinə çatdırdığını bildirib.
TASS xəbər verir ki, o, bu barədə Krasnodarda Rusiya Federasiyasının Cənub Federal Dairəsinin təhlükəsizliyinə dair iclasda deyib.  
"İyunun 23-24-də "Vaqner" PMC rəhbərliyinin iddialı və  xəyanətkar hərəkətləri ucbatından ölkə faktiki olaraq vətəndaş qarşıdurmasına cəlb olunmaq ərəfəsində olan hadisələr baş verdi" - deyə Patruşev qeyd edib. 
Onun sözlərinə görə, hərbçilərin, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, dövlət hakimiyyəti başçılarının qətiyyətli hərəkətləri, eləcə də Rusiya xalqının birliyi və vətənpərvərliyi sayəsində bunun qarşısı alınıb.
скачать dle 12.1