Almaniya Xristian Demokrat İttifaqı (XDİ) hər uşaq üçün 10 min avro ödəməyi planlaşdırdığını açıqlayıb.
Haberglobal xəbər verir ki, XDİ Almaniyada doğum səviyyəsinin aşağı düşməsi və ailələr üçün uşaq böyütmək xərcləri ilə bağlı narahatlıqları nəzərə alaraq yeni plan hazırlayıb.
Plana uyğun olaraq doğulan hər uşağa görə 10 min avro birbaşa ödəniş şəklində veriləcək və bu ödəniş ailənin gəlirindən asılı olmayacaq.
XDİ hesab edir ki, bu ödəniş ailələrin uşaq sahibi olmağa qərar verməsini asanlaşdıracaq və uşaqların qayğılarıyla bağlı xərclərini azaldacaq.
Bu dəstək ailələrə uşaqları üçün daha yaxşı gələcək təmin etmək və doğum nisbətini artırmaqla əhalinin qocalmasının qarşısını almaq məqsədi daşıyır.
Bununla belə, planın maliyyələşdirilməsi və həyata keçirilməsi ilə bağlı bəzi suallar var. Xristian Demokratk İttifaqı bu planı maliyyələşdirmək üçün büdcədə bəzi azalmalar etməyi planlaşdırır.
Bu ölkədə hər doğulan uşağa 10 min avro ödəniləcək
07
iyul
11:45

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər