"Türkiyə Şimali Atlantika Alyansının (NATO) açıq qapı siyasətinə sadiq qalmağa davam edir".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü və etibarlı ordularından biridir: "Dünyadakı əksər dövlətlərin tarixi bir neçə əsrlə məhdudlaşsa da, biz 2232 il əvvəl nizami ordu qurmuş bir xalqıq. BMT-dən tutmuş, NATO çərçivəsində həyata keçirdiyimiz missiyalara qədər, harada iştirak etmişiksə, hamısının öhdəsindən gəlmişik. Biz heç vaxt nə millətimizin, nə ordumuzun, nə də tabeliyində fəaliyyət göstərdiyimiz beynəlxalq təşkilatların nüfuzuna xələl gətirməmişik".
Ərdoğan onu da qeyd edib ki, Türkiyə Finlandiyanın üzvlüyünü təsdiq etməklə prinsipial mövqeyini nümayiş etdirib: "Amma terrorçuları qoruyanlara, terrorla mübarizədə lazımi tədbirləri görməyənlərə münasibətimizi göstərməkdən çəkinmədik. Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcək. NATO çətiri altında həmrəylik nümayiş etdirək deyənlər Türkiyədə çevrilişdə iştirak edib, 40 ildir minlərlə insanımızı qətlə yetirmiş qatillərə qucaq açıb".
"Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcək" - Ərdoğan səbəbi açıqladı
07
iyul
17:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat