“WABetaInfo” sözügedən funksiya haqqında ekran görüntüsü paylaşıb.

Paylaşılan ekran görüntüsü funksiyanın necə görünəcəyini göstərir. Şəkilə əsasən, istifadəçilərə filtrasiya üçün üç fərqli variant təqdim olunacaq: “oxunmamış”, “şəxsi” və “biznes”.
Filtrləmə seçimləri söhbətlər səhifəsinin yuxarı hissəsində tapılacaq. Maraqlıdır ki, qrup söhbətləri üçün xüsusi filtrləmə variantı yoxdur. Qrup söhbətləri üçün filtrləmə variantının gələcəkdə əlavə edilib-edilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələ məlum deyil.