Polşa xüsusi xidmət orqanları Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən ukraynalının saxlandığını açıqlayıb. 
TASS xəbər verir ki, bu barədə respublikanın xüsusi xidmət orqanlarının işini əlaqələndirən qurumun sözçüsü Mariuş Kaçinski məlumat verib. 
Saxlanılan şəxs 2019-cu ildən Polşada olan Ukrayna vətəndaşıdır. Müstəntiqlərin fikrincə, o, ölkədə mühüm infrastruktura, o cümlədən hərbi obyektlərə dair məlumatlar toplayıb. 
Faktla əlaqədar araşdırma aparılır. 
скачать dle 12.1