Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Kremldə “Vaqner” rəhbəri Yevgeni Priqojinlə görüşdüyünü təsdiqləyib.
Rusiya mediası xəbər verir ki, Peskovun sözlərinə görə, görüş iyunun 29-da baş tutub və üç saat davam edib. Görüşdə 35 nəfər, o cümlədən “Vaqner”in bütün komandirləri və rəhbərləri, həmçinin, Priqojin özü iştirak edib.
Kreml sözçüsü bildirib ki, danışıqlar zamanı Putin xüsusi əməliyyat zamanı şirkətin cəbhədəki hərəkətlərini və iyunun 24-də baş verən hadisələri qiymətləndirib. Putin, həmçinin, hadisələrlə bağlı öz versiyalarını təqdim edən və “vətən uğrunda daha da döyüşməyə” hazır olduqlarını bəyan edən “Vaqner” komandirlərini də dinləyib.
Rusiya müdafiə naziri Sergey Şoyqunun görüşdə olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov bununla bağlı başqa heç nə deməyəcəyini bildirib.
*** 11:56
"Vaqner" özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin hazırda Moskvadadır.
Bu barədə Qərb kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, o, iyulun 1-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Onun həmçinin Rusiya Milli Qvardiyasının komandanı, Rusiya prezidentinin ən sadiq davamçılarından biri olan general Viktor Zolotov və Rusiya Xarici Kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşdüyü bildirilir.
Putinlə Priqojinin görüşünün detalları - YENİLƏNİB
10
iyul
14:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat