Ermənistanın baş naziri Paşinyan Qarabağda hərbi əməliyyatları dayandıran bəyanata qol çəkib.
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bəyanata Paşinyan ilk vaxtlar qol çəkməmişdi.
Ermənistanın Qarabağ döyüşlərində məğlubiyyətini rəsmiləşdirən həmin müqavilə ilə bağlı Paşinyan açıqlama verib.
“Əgər müharibəni dayandırmasaydıq, döyüşlərdə minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi. Xankəndi, Əsgəran, Xocavənd böyük ehtimalla əldən veriləcəkdi. Şuşanı isə geri qaytarmaq üçün 2 hücum cəhdimiz oldu. İlk hücum uğursuzluqla bitdi, ikinci hücum zamanı isə dəstələrdən biri şəhərə daxil ola bildi. Məhz buna görə, şəhərin itirilməsi ya əldə saxlanılması barədə ziddiyyətli xəbərlər verilirdi”.
Modern.az yazır ki, Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı da ittiham edib. Belə ki, Paşinyan ən böyük müxalifət fraksiyasının rəhbərinin ilk günlərdən könüllülərdən ibarət hərbi birləşmə yaratdığını elan etsə də, həmin şəxslərin cəbhəyə yola düşmədiyini xatırladıb.
Paşinyan sazişi imzalamasının səbəbini AÇIQLADI: “Minlərlə hərbçimiz mühasirəyə düşəcəkdi”
11
noyabr
11:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat