“Hər şey əvvəlcədən hazır idi, hər şey çoxdan satılmışdı” tezisi kökündən yanlışdır”.
Bu barədə erməni politoloq Ancela Əlibəyova Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Qarabağda atəşin dayandırılması ilə bağlı birgə imzaladığı bəyanatı şərh edərkən bildirib.
Politoloq əlavə edib ki, danışıqların gedişində azərbaycanlılar üçün Meğridən dəhliz açılması və Şuşanın qaytarılması nəzərdə tutulmurdu.
“Bundan əlavə, imzalanmış heç bir sənəd yox idi. Əgər varsa, buyurub göstərsinlər, iki ildir gözləyirik. Hətta Paşinyan deyir ki, bir il əvvəl real kompromisləri nəzərdə tutan daha uğurlu sənəd var idi. Onun sözlərinə görə, müharibənin ilk günlərində minimal itkilərlə razılaşma imzalamaq mümkün idi”, - deyə politoloq vurğulayıb.
Ancela Əlibəyovanın fikirləri Paşinyanın bəyanatı imzalamaq məcburiyyətində qaldığını göstərir. Onu bu məcbutiyyət qarşısında qoyan sözsüz ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarıdır.
“Minimal itkilərlə razılaşma imzalamaq...” - Erməni politoloq
11
noyabr
13:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat