Fransa prezidenti Emmanuel Makrona zərfdə kəsilmiş barmaq göndərilib.
Xarici KİV xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Bildirilir ki, iyulun 10-da Sarayın qəbul şöbəsinə poçtla məktub gəlib. Makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar. Saray isə zərflə bağlı məlumat verməkdən imtina edib.