İspaniyanın Maddənin Strukturu İnstitutunun alimləri quru göz sindromunu aradan qaldırmaq üçün süni göz yaşlarını təbii tərkibə necə yaxınlaşdırmağı tapıblar.
Xarici media xəbərinə görə, araşdırma çərçivəsində elm adamları sağlam insanlardan göz yaşları toplayıb və 10 fərqli süni göz yaşı formulasını sınaqdan keçiriblər. Onların təhlili maddələrin müxtəlif konsentrasiyalarının özlülüyə (mayeliyə), elastikliyə və sabitliyə necə təsir etdiyini başa düşməyə imkan verib. Onlar yanıb-sönmə kimi şəraitdə mayelərin mikron səviyyəsində davranışını da qiymətləndiriblər.
Süni göz yaşları və ya digər göz damcıları ilə müqayisədə insan göz yaşları lipidlər, karbohidratlar, zülallar, su və duzlar da daxil olmaqla geniş tərkibli komponentləri olan daha mürəkkəb mayedir. Məhz bu mürəkkəb qarışıq göz yaşlarına ideal qalınlıq və daha az tərkib hissəsi ilə təkrarlanması çətin olan göz nəmləndirici güc verir.
Mütəxəssislər süni göz yaşlarının daha mürəkkəb kompozisiyalarının öyrənilməsini davam etdirmək və işlərini müxtəlif patologiyalı insan göz yaşlarının tədqiqinə qədər genişləndirmək niyyətindədirlər.
İnsanın göz yaşlarını ANALİZ ETDİLƏR
13
iyul
13:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat