Moskva müqavilələr çərçivəsində ona verilən bütün vədlər yerinə yetirilənə qədər taxıl sövdələşməsində iştirakını dayandıra bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində deyib.
“Biz bu sövdələşmədə iştirakımızı dayandıra bilərik. Qoy bizə verilən bütün vədləri yerinə yetirsinlər. Biz də dərhal sövdələşməyə qayıdacayıq”, - o deyib.
Rusiya dövlətinin başçısı əmin edib ki, Moskva taxıl müqaviləsini uzatmağa hazırdır.
“Biz onu uzadacağıq. Məhz bizə verilən vədlər yerinə yetiriləndən sonra”, - o vurğulayıb.
Prezident qeyd edib ki, Rusiya Federasiyası onun qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün “nə qədər lazımdırsa” gözləməyə hazırdır.
Putin vurğulayıb ki, Rusiya artıq “əvvəlcə sazişin uzadılması, sonra vədlərin yerinə yetirilməsi” variantı ilə kifayətlənmir.
“Əvvəlcə vədlərin yerinə yetirilməsi, sonra bizim iştirakımız”, - deyə Rusiya dövlət başçısı Moskvanın mövqeyini açıqlayıb.
Mənbə: TASS
Putin ölkəsinin taxıl sazişində iştirakının şərtini açıqladı
14
iyul
09:42

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat