Rusiya Səhiyyə Nazirliyi cinsiyyətin dəyişdirilməsi proseslərini tənzimləyən qanunvericilik aktlarını ləğv edəcək.
TASS xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay bildirib.
“Səhiyyə Nazirliyinin aktları ilə bağlı sizi əmin etmək istərdim ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi qüvvəyə mindiyi andan müvafiq aktlar qüvvədən düşmüş hesab ediləcək”, - deyə o bildirib.
İyulun 14-də Rusiya Dövlət Duması cinsin dəyişdirilməsini qadağan edən qanun layihəsini üçüncü yekun oxunuşda qəbul edib. İyulun 13-də qanun layihəsi ikinci oxunuşda qəbul edilmişdi. Sənəd baxılmaq üçün Federasiya Şurasına göndəriləcək.
Qanun layihəsi tibbi müdaxilələrin, o cümlədən cinsiyyətin dəyişdirilməsinə yönəlmiş dərmanların istifadəsini qadağan edir. Bu qanunun qüvvəyə mindiyi gündən əvvəl cinsini dəyişənlərə onun normaları təsir etməyəcək.
Səhiyyə naziri Mixail Muraşko cinsin dəyişdirilməsi ilə bağlı qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyib.
Rusiyada cinsiyyətin dəyişdirilməsi qadağan olundu
14
iyul
12:48

Qarabağ
KOMMENTLƏR
“Kosmik fəaliyyət haqqında” qanun layihəsi qəbul edildi
Rusiya İstintaq Komitəsi sədrindən səfərbərlikdən yayınmaq üçün cinsiyyətini dəyişdirənlərə sərt sözlər
Putin Rusiyada bunu qadağan etdi
MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
Parlamentin payız sessiyasında bu qanun layihələri qəbul edilmədi - SİYAHI
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər