Qarabağ separatçılarının lideri Araik Arutyunyan Facebook-da birbaşa efirdə bildirib ki, əgər kimisə "satqınlıqda" günahlandırmaq lazımdırsa, onda bütün erməni xalqını günahlandırmaq olar.
Arutyunyan keçmiş müraciətlərindən, o cümlədən Şuşadan nümunələr gətirərək qeyd edib ki, bu, satqınlar və "torpaq satanlar" axtarılmaması üçün edilib: “İlk epizod oktyabrın 3-də Azərbaycan Ordusunun Talışı ələ keçirdiyi və Madagiz (Suqovuşan-red.) şəhərinə çatdığı zaman çəkilib. O vaxt bütün şimal üçün təhlükə var idi”.
Onun sözlərinə görə, o zaman hərbçilərin bir hissəsi "Exhniker" rayonundan panik şəkildə geri çəkilmişdi və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmırdı. Bəzi bölmələr ön mövqeləri tutmaqdan imtina etdilər.
"Mən qabaqda gedəcəyimi söylədim, amma onlar imtina etdilər", - Arutyunyan epizodlardan birini təqdim edib.
Onun sözlərinə görə, insan resurslarına ehtiyac olduğunu hər dəfə bəyan edib. O qeyd edib ki, ekspertlərin qiymətləndirməsinə görə, qələbə üçün 80-100 min adam səfərbər edilməli idi.
"Torpağı kim satdı? Biz bunu xalq olaraq birlikdə etmişik, 18-20 yaşlı uşaqlarımıza xəyanət etmişik. Hər kəsə xəyanət etmişik", - Arutunyan vurğulayıb.
O, əlavə edib ki, havadan, xüsusilə də pilotsuz uçan aparatlarla bağlı problemlər olub, lakin əsas səbəb ondan ibarətdir ki, əsgərlər tək buraxılıblar.
"Sonda isə onların mühasirəyə düşməsi təhlükəsi yarandı, məhz buna görə sülh sazişi imzalandı. "Stepanakertə", sayca dəfələrlə üstün olan rəqibdən təhlükə vardı”, - deyə “Sputnik Ermənistan” A.Arutyunyanın dediklərindən sitat gətirib.
“Məğlubiyyətimizdə günahkar axtarırıqsa, bu, erməni xalqıdır!”
12
noyabr
09:18

Qarabağ
KOMMENTLƏR
Arayik Arutyunyan: "Bu sənədi imzalamağa məcbur idik"
Arutyunyan foto paylaşdı: “Həyatımın ən ağır şəfəqini qarşıladım”
Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır - Fotolar
Erməni məmurlar Qarabağdan qaçdı: Araik siyahı açıqladı
ABŞ əsgəri separatçıların "məclisi"ndə nə gəzir? – VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat