Polşanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Mariuş Pyotr Jak Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin biomaterialını qanunsuz götürməyə cəhd edən polşalı həkimlə bağlı insidentə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb ki, iyulun 12-də Saakaşvilinin müayinəsi zamanı polşalı həkimlərdən biri Saakaşvilinin ayaqqabısındakı biomaterialı gizli şəkildə çıxarmağa cəhd edib.
Bundan əvvəl ədliyyə naziri Rati Breqadze Gürcüstanın Xarici İşlər Nazirliyinə insidentlə bağlı səfirliyin mövqeyini dinləmək xahişi ilə müraciət edib. Breqadzenin sözlərinə görə, Polşa səfirliyi həkimlərin gəlişi prosesinə cəlb olunub və onlara tövsiyələr verib.
Ədliyyə naziri qeyd edib ki, polşalı həkimin özü də məhkumdan götürülmüş nümunənin corabın içinə qoyulması faktını təsdiqləyib.
Hələlik Polşanın Gürcüstandakı səfirindən rəsmi şərh və ya açıqlama verilməyib.
Polşanın müvəqqəti səfiri Gürcüstan XİN-ə çağırıldı
17
iyul
14:08

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər