Sinqapur pasportu 2023-cü ildə dünyanın ən “güclü” pasportu elan edilib. Sənəd onun sahibinə 227 ölkədən 193-nə vizasız səyahət hüququ verir.
Xarici media xəbər verir ki, bu barədə məlumat “Henley Passport Index” reytinqində əksini tapıb.
Bildirilib ki, beş il ardıcıl olaraq bu siyahıda ilk yeri tutan Yaponiya 2023-cü ilin yayında üçüncü pilləyə enib. Almaniya, İtaliya və İspaniya isə əksinə, 190 istiqamət üzrə vizasız girişlə ikinci pilləyə yüksəlib.
Vətəndaşları 189 ölkəyə pasport ilə sərbəst gedə bilən Avstriya, Finlandiya, Fransa, Lüksemburq, İsveç və Cənubi Koreya da Yaponiya ilə birlikdə reytinqin üçüncü yerini paylaşıb.
2014-cü ildə ilk yeri tutan Böyük Britaniya isə hazırkı indeksdə dördüncü yerdədir.
Siyahıda son yerləri tutan Suriya 30 ölkə, İraq 29 ölkə, Əfqanıstan isə 27 ölkə ilə vizasız gediş-gəliş imkanına malikdir.
Dünyanın ən güclü pasportu açıqlanıb
19
iyul
11:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat