Dünyaca məşhur mesajlaşma proqramı “Whatsapp” daha bir yeniliyini təqdim edib.
“WABetaInfo” portalı xəbər verir ki, artıq telefonun kontaktında nömrələri qeyd olunmayanlarla da ünsiyyət qurmaq mümkün olacaq.
Bu funksiya kontakta yeni nömrələr əlavə etməkdən xoşlanmayan istifadəçiləri sevindirəcək.
Messencerin yeni versiyasında sadəcə “Yeni söhbətə başla” seçimini seçmək və açılan pəncərədə onun nömrəsini daxil etməklə istədiyiniz şəxslə söhbətə başlaya bilərsiniz. Axtarış nəticələrində nömrələr görünəcək və həmin şəxsə mesaj yazmaq mümkün olacaq.
Xatırladaq ki, əvvəllər “WhatsApp”da bir şəxslə yalnız onun nömrəsini kontakta əlavə etdikdən sonra söhbətə başlamaq mümkün idi.
Yeni seçim “WhatsApp” proqramının Android və iOS üçün ən son versiyasında bütün istifadəçiləri üçün əlçatandır.
“Whatsapp”dan YENİLİK: Nömrəni qeyd etmədən mesajlaşma mümkün olacaq
19
iyul
12:42

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat