Pakistanda güclü yağışlar 13 nəfərin həyatına son qoyub.
Xarici media xəbər verir ki, paytaxt İslamabadın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub.
Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib.
Digər tərəfdən, İslamabadın Muhammedi Town məhəlləsində bir uşaq uçmuş divarın altında qalaraq ölüb.
Güclü yağışlar nəticəsində yolların sürüşkən olması səbəbindən yol qəzaları baş verib.
İslamabad-Pişəvər avtomobil yolunda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.
Yağışlar səbəbindən paytaxtın bəzi yerlərində daşqınlar baş verib.
Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Pakistanda güclü yağışlar uçquna səbəb oldu - Ölənlər var
19
iyul
15:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat